Bakıda torpağın qiyməti ucuzlaşıb - Hazırki qiymət belədir

16:01 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanda həm torpaq, həm mənzillərə tələbat daha çox paytaxtdadır.

Məsələnin ciddiliyini anlayan “MBA Consulting Group” şirkəti Bakıdakı torpaqların qiyməti ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, noyabr ayında Bakıda torpağın qiyməti əvvəlki ayla müqayisədə 8,78 faiz ucuzlaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə də torpağın qiyməti 16,08 ucuzlaşıb. Belə ki, ötən ay bir sot torpağın orta qiyməti 17 220 manat təşkil edib. Ekspertlər hesab edir ki, torpağın qiymətində ucuzlaşma mövsümi xarakter daşıyır.

Müəllif: Elmir Murad