15:50 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. “Azərsu” ASC Bakı şəhəri Suraxanı rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
ABC.AZ xəbər verir ki, layihəyə əsasən rayonun Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində yaradılan infrastruktur tullantı suların ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.
Yeni yaradılan şəbəkədən 1000-dək ünvana birləmə veriləcək. Eyni zamanda yeni şəbəkə yaxınlıqdan keçən 500 mm diametrli mövcud kollektora birləşdiriləcək.
Tullantı sularının optimal idarə edilməsi məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.
17 Avqust 2026
15 Avqust 2026