On bir ayda bu qədər şəxsə işsizlikdən sığorta ödənişi edilib

15:29 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. 2021-ci ilin 11 ayı ərzində 3 367 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyindən bildiriblər.

Qeyd edilib ki, dövlət orqanı və yaxud da hüquqi şəxsin ləğv edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərdə son 24 ay ərzində 12 ay sığorta stajı olduqda həmin şəxslərə itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində işsizlikdən sığorta ödənişi təyin edilə bilər.

"Həmin şəxslərdə son 24 ay ərzində 12 təqvim ayı işsizlikdən sığorta ödənişi üzrə staj olmadıqda və ümumiyyətlə, onların 1 il stajı olduqda minimum sığorta ödənişi məbləğındə işsizlikdən sığorta ödənişi təyin edilir" deyə məlumatda vurğulanıb.