Prezident "Qarabağ" klubuna pul ayırdı - Sərəncam

14:40 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.