16:27 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib.
Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib.
Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir.
Hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə 2 dövlət əmlakı özəlləşdirilib. Cari ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026