12:13 - 9.07.2021
9 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 133 391 şüşə şərab idxal edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 41 % çoxdur.
Hesabat dövründə Gürcüstandan 56 ölkəyə 46,4 milyon şüşə şərab ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 13 % çoxdur. İxracdan əldə olunan gəlir isə 104 milyon ABŞ dolları (+7 %) təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026