12:31 - 16.10.2017
Azərbaycanda Vergilər Nazirliyinin və bankların nümayəndələri vahid hesabat standartlarını (Common Reporting Standard - CRS) müzakirə ediblər.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına əsasən, tərəflər, vahid hesabat standartları prosedurları üzrə yeni qaydaları müzakirə ediblər.
“Görüşün keçirilməsində məqsəd, vergi rezidentliyi arayışlarının doldurulması məsələsinə aydınlıq gətirməkdir”, - ABA-nın məlumatında belə deyilir.