11:33 - 18.05.2021
18 may, Fineko/abc.az. 2021-ci ilin ilk 4 ayında Azərbaycana xaricdən 20 milyon 673 min dollar dəyərində ət idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dəyər ifadəsində isə 12 min 124 ton ət idxal deməkdir.
Müqayisə üçün qeyd edək ki, ət idxalı ötən ilin ilk 4 ayına nisbətən 2021-ci ilin ilk 4 ayında miqdar ifadəsilə 25,6%, dəyər ifadəsilə 29% azalıb.
Belə ki, 2020-ci ilin ilk 4 ayında Azərbaycana 29 milyon 339 min dollar dəyərində 16 min 307 ton ət idxal edilmişdi.
Müəllif: Elmir Murad
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026