11:19 - 16.03.2021
16 mart, Fineko/abc.az. “Crocus Group” 2021-2022-ci illərdə Bakıda 7 yeni restoran açmağı planlaşdırır.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə holdinqin ortaq sahibi Emin Ağalarov bildirib.
“Təkcə 2021-2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələr artıq portfelimizin məşhur markalarıdır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fich Box”, “Cafe Milano”, – deyə Ağalarov əlavə edib.
Ümumiyyətlə, holdinq 2021-2022-ci illərdə 1 milyard rubl investisiya qoymağı və 11 yeni restoran açmağı planlaşdırır, bunlara Azərbaycanda, Moskva regionunda mövcudluğunu gücləndirmək və Sankt-Peterburqda inkişafını davam etdirmək daxildir.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026