10:23 - 22.02.2021
22 fevral, Fineko/abc.az. 2021-ci ilin yanvar ayında Azərbaycandan 1 milyard 359 milyon 732 min dollar dəyərində 4 milyon 14 min 270 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı miqdar ifadəsilə 0,7%, dəyər ifadəsilə 30,6% azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında Azərbaycandan 1 milyard 960 milyon 560 min dollar dəyərində 3 milyon 986 min 95 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026