Neft bahalaşır, Brent bir barelə $63,87 təşkil edir

10:07 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri bazar ertəsi ticarətində artır.

Saat 9:38-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in aprel fyuçersinin qiyməti barrel başına $0,96 (1,53%) –  63,87 dollara yüksəldi. Fevralın 19-da keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel ayına olan fyuçersi $1,02 (1,64%) – barel başına $62,91 qədər düşüb.

Saat 9:38-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersinin qiyməti $0,81 (1,37%) – barel başına $60,05-ə qədər artıb. Fevralın 19-da keçirilən ticarətin nəticələrinə görə mart ayına olan fyuçers 1,27 (2,12%) - barel başına $59,26-a düşüb.