16:27 - 17.02.2021
17 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfrans keçirilib.
ABC.AZ-ın məlunatına görə, iclasda Xidmətin rəis müavini Məmməd Abbasbəyli ötən il elektron satınalmaların 930 milyon manat təşkil etdiyini qeyd edib.
O, bunun ümumi satınalmaların 14%-nə bərabər olduğunu bildirib.
"3,5 milyard manatlıq müsabiqə əsasalı satınalmaların 1 milyard 236,1 milyon manatını təkliflər sorğusu, 1 milyard 222,9 milyon manatını açıq tender, 930 milyon manatını elektron satınalmalar, 111,5 milyon manatını kotirovka sorğuları təşkil edib. Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90%-dən çox təşkil edib" deyə o vurğulayıb.
8 Avqust 2026
8 Avqust 2026