13:04 - 13.10.2017
Bakı-Gəncə sürət qatarlarının sərnişin daşımalarına dair tarifləri təyin edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, sərnişinlər üçün nəzərdə tutulmuş Bakı-Gəncə sürət qatarı növbəti il işə salınacaq.
“Qatarda gediş tarifi $12 təşkil edəcək ki, bu da hava və avtomobil nəqliyyatına sərf olunan xərclərdən daha əlverişlidir”, - deyərək C.Qurbanov bildirdi.
Onun sözlərinə görə, qatar Bakıdan Gəncəyə qədər 4 saat ərzində çatacaq.
27 İyul 2026