15:17 - 11.02.2021
11 fevral, Fineko/abc.az. “Azərsu” ASC Abşeron rayonunun Saray qəsəbəsində əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
ABC.AZ-a “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Saray qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazisində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək.
Layihəyə əsasən qəsəbə ərazisində 200-800 mm diametrli borularla 13 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Tullantı sularının kollektora axıdılmasını təmin etmək üçün kollektorun marşrutu boyu 250 nöqtədə baxış quyuları inşa ediləcək və evlərə birləşmələr veriləcək.
Layihənin sürətli icrası məqsədilə hazırda tikinti-quraşdırma işləri eyni vaxtda 5 nöqtədə həyata keçirilir. Kollektorun tikintisinin 2021-ci ilin 3-cü rübündə başa çatdırılması nəzərdə tutulur.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026