DSMF-dən yaşa və əlilliyə görə pensiyalarla bağlı açıqlama

11:24 - 2.10.2026


2 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayı ərzində Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 706 nəfər olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, onların 116 104 nəfəri yaşa, 12 510 nəfəri əlilliyə, 23 092 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.