12:27 - 10.02.2021
10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Amerika Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası cari ildə neftin satış qiymətləri barədə proqnoz açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, proqnozda “Light” markalı xam neftin orta qiymətinin bu il 50,21 dollar/barrel, növbəti il isə 51,56 dollar/barrel olacağı gözlənilir.
Müqayisə üçün qeyd edək ki, ötən aykı proqnozda bu rəqəmlər 2020-ci il üçün 49,70 dollar/barrel, 2021-ci il üçün 49,81 dollar/barrel olmuşdu.
Adminstrasiya bu il ABŞ-ın sutkalıq neft istehsalı barədə də proqnoz açıqlayıb. Qeyd olunub ki, bu il ABŞ-ın neft hasilatı 11 milyon barrel olacaq.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026