Yeni tikiləcək külək elektirik stansiyasının layihəsi müzakirə olunub - Toplantı

11:17 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Məhəmməd Abunayyan ilə videokonfrans formatında görüş keçirib.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, görüşdə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.