Qarabağda ilkin olaraq təbii qaza tələbat bu qədər olacaq

17:33 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetr civarında olacağı proqnozlaşdırılır.

Azərbaycan Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılmış və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilmişdir.

Belə ki, Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azad Qaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır.