11:59 - 4.02.2021
4 fevral, Fineko/abc.az. 2020-ci ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
ABC.AZ-ın məlumatına görə, bu “BP-Azərbaycan”ın “Biznes əməliyyatları 2020” hesabatında qeyd olunub. Hesabata əsasən, sözügedən dövrdə istiqlal qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərinə başlayıb.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
12 Avqust 2026