BTC vasitəsilə 27,8 milyon tondan artıq xam neft və kondensat ixrac olunub – Bir ildə

11:08 - 4.02.2021


4 fevral, Fineko/abc.az. 2020-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 111 milyon dollar, əsaslı xərclərə təqribən 29 milyon dollar xərclənib.

ABC.AZ-ın məlumatına görə, bu “BP-Azərbaycan”ın “Biznes əməliyyatları 2020” hesabatında qeyd olunub.

Boru kəməri 2006-cı ilin iyun ayından istismara veriləndən 2020-ci ilin sonunadək BTC vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib.

Müəllif: Elmir Murad