14:47 - 1.02.2021
1 fevral, Fineko/abc.az. Yeni qrafikə əsasən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur.
SOCAR-dan ABC.AZ-a daxil olan məlumata görə, sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro 5 standartına çatdırılması planlaşdırılır.
"Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq" - deyə qurumdan bildirilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026