Azərbaycandakı ən populyar sosial şəbəkələr - Siyahı

12:16 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Global Stats" Azərbaycandakı sosial şəbəkələrin populyarlığı ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub. İkinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı bu ilin yanvar ayı ərzində 0,23 faiz bəndi (ötən ilin dekabr ayı ilə müqayisədə) azalıb.

Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin fevral ayının 1-nə 20,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 18,5 faiz bəndi azdır.

Bu ilin yanvar ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 4,6 faiz bəndi azalıb.

Fevralın 1-nə olan məlumata görə, "Instagram" Azərbaycan sosial media bazarında 20,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,26 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 19,3, "Pinterest"  – 13,9, "VKontakte" – 0,45%, "Reddit" – 0,35%, və s.