Banklar birbaşa qiymətli kağızlar bazarına çıxa biləcək – Yenilik

16:33 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov onlayn formatda mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, E. Rüstəmov bundan sonra Azərbaycan banklarının investisiya şirkətlərinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklərini açıqlayıb.

O qeyd edib ki, hazırda banklar qiymətli kağızlar bazarına investisiya şirkətləri vasitəsilə çıxa bilirlər.

"Həmçinin, banklar bunun üçün öz investisiya şirkətini yaradırlar. Bankların investisiya şirkətlərinin vasitəçiliyilə qiymətli kağızlar bazarına çıxmaları bürokratiyaya və əlavə xərclərə səbəb olub. Biz qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik ki, banklar özləri birbaşa qiymətli kağızlar bazarına çıxa və iştirak edə bilsinlər", - deyə Mərkəzi Bankın sədri bildirib.