Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

14:09 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin “Silk Road Fund” (SRF) təşkilatı arasında 2025-ci ilin aprelində imzalanmış Çərçivə Sazişinə əsasən, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) olan Birgə İnvestisiya Fondu təsis edilir.

Yeni fond Azərbaycanda və “Bir Kəmər, Bir Yol” təşəbbüsünə daxil olan digər ölkələrdə perspektivli layihələrin birgə maliyyələşdirilməsinə, tərəflər arasında investisiya əməkdaşlığının dərinləşdirilməsinə və uzunmüddətli kapitalın cəlb olunmasına xidmət edəcək.