BFB-də 200 milyon manatlıq dövlət istiqrazları hərraca çıxarılır

17:21 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. 6 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Məlumata görə, ISIN kodu AZ0201240063 olan istiqrazların emissiya həcmi 200 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 720 gün, illik faiz dərəcəsi isə 6.0% təşkil edir. Sifarişlərin toplanması saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Hərracın anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Tələb təklifi üstələyəcəyi və qiymət Maliyyə Nazirliyini qane edəcəyi halda, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.