Azərbaycanda emal sənayesinə investisiyalar yarıdan çox azalıb

11:07 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda emal sənayesinə yönəldilmiş əsas kapital investisiyaları 662.8 milyon manat təşkil edib.

Bu göstərici 2024-cü ildə 1 milyard 409.4 milyon manat səviyyəsində idi ki, bu da faktiki qiymətlərlə kapital qoyuluşlarının təxminən 53% azalması deməkdir.

Ən kəskin geriləmələrdən biri neft məhsullarının istehsalında qeydə alınıb; bu sahəyə yatırılan vəsait 958 milyon manatdan 167.6 milyon manata düşüb.

İllik müqayisədə qida məhsullarının istehsalına 61.2 milyon manat, tikinti materiallarının istehsalına isə 84.3 milyon manat investisiya yönəldilib.

Bununla belə, bəzi bölmələrdə artım dinamikası müşahidə olunub. Əczaçılıq məhsullarının istehsalına investisiyalar 2.7 milyon manatdan 21 milyon manata, hazır metal məmulatlarının istehsalına yatırımlar isə 34.2 milyon manatdan 45.2 milyon manata yüksəlib.