15:44 - 18.01.2021
18 yanvar, Fineko/abc.az. 2020-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara 17,9 milyon ton xam neft ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu SOCAR-ın ötən illə bağlı yaydığı hesabat tipli məlumatda əksini tapıb.
Məlumatda qeyd olunub ki, il ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub. Azərbaycan təbii qazının ixracatı isə 16% artırılaraq, 13,4 milyard kubmetrə çatıb.
2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanıb.
13 Avqust 2026
13 Avqust 2026