11:03 - 18.01.2021
18 yanvar, Fineko/abc.az. Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, bunlar yanvarın 16-dan 18-dək aparılan nəzarət-profilaktik tədbirlər nəticəsində təmin olunub.
Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 4 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində cinayət işi başlanılıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026