16:07 - 26.02.2018
26 fevral, Fineko/abc.az. 1-2 mart tarixlərində Moskvada taxta evlərin tikintisi üzrə 2-ci Beynəlxalq İqtisadi Forum keçiriləcək.
Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumatda deyilir ki, iştirak etmək istəyən yerli sahibkarlar, növbəti linkdə qeydiyyatdan keçə bilərlər: http://www.woodenhouse-expo.ru/events/6500/
Taxta evlərin tikintisi üzrə Beynəlxalq forum, “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində, 1-4 mart 2018-ci il tarixlərində “Taxta Ev. Yaz” XV Beynəlxalq sərgi çərçivəsində keçiriləcək.
Tədbirin təşkilatçısı qismində “Gözəl evlər” media sərgi holdinqi və Taxta evlər İnşaatçıları Assosiasiyası (“ЭКОСОЮЗ”) çıxış edir. Tərəfdaşlar: “İnşaat Sənayesi İştirakçıları Milli Birliyi” qeyri-kommersiya tərəfdaşlığı (“НОСИ”), Rusiya Federasiyasının İnşaat və Kommunal Xidmətlər Nazirliyi, Rusiya Fedarasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyası Sənaye və Ticarət Palatası, Moskva Ticarət-Sənaye Palatası, Memarlar İttifaqı, Moskva Memarları İttifaqı və Az Mərtəbəli Və Kottec Tikintisi üzrə Milli Agentlikdir.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026