Əhalinin nominal gəlirləri azalıb – 2 faizə yaxın kiçilmə

11:44 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2020-ci ildə Azərbaycan əhalisinin nominal gəlirlərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə əhalinin nominal gəlirləri 55 726,1 milyon manat təşkil edib.

Hesabatda qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azdır.

Həmçinin, hesabatda ötən il ölkədə adambaşına düşən nominal gəlir 5 587,6 manat qeyd olunub. Bu isə ötən ilin müvafiq dövründən 2,5 faiz azdır.