Yunanıstandan sonra Azərbaycan qazı İtaliyaya da çatdı

12:30 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) fəaliyyətə keçməsi ilə Azərbaycan qazı İtaliyaya çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azərbaycan qazı TAP-ın işə düşməsi ilə İtaliyaya çatıb.

Cənub Qaz Dəhlizi istifadəyə verilib. Ölkəmizin Avropanın qalan hissəsinin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədə yeni bir səhifə açılıb.