Prezident külək elektrik stansiyasının tikintisi ilə bağlı Sərəncam verdi

12:26 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.