11:19 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi bu ilin 11 ayında çay ixracı və idxalının həcmini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, hesabat dövründə Azərbaycana ümumi dəyəri 49 milyon 633 min dollar dəyərində 12 264.34 ton çay idxal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1,3% artıb, həcmi isə 2,2% azalıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.
Göründüyü kimi, cari ilin 11 ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfəyədək üstələyib.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026