09:43 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bazar ertəsi ticarətdə koronavirusun yeni ştammının yayılmasına dair xəbərlər əsasında azalır.
Saat 9:10-da, London ICE Futures birjasındakı ticarətdə, Brent markalı neftin fevral fyuçersinin qiyməti barrel başına $0,15 (0,29%) düşərək $51,14 təşkil edib. Dekabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, Brentin fevral ayına olan fyuçers qiyməti $0,09 (0,18%) - barel başına $51,29 səviyyəsinə yüksəldi.
Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,29 (0,60%) – bir barelə $48,41-ə yüksəldi. Dekabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, WTI-nin fevral ayına olan fyuçersi $0,11 (0,23%) - bir barelə $48,23 qədər artıb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,9%, WTI - 2,1% ucuzlaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026