16:47 - 25.12.2020
25 dekabr, Fineko/abc.az. Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, iclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi müzakirə olunub.
Bununla yanaşı hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması məsələsinə baxılıb.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026