Rövnəq Abdullayevə daha bir vəzifə verildi – Türkiyədə

11:16 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. "SOCAR Türkiyə" və Qrup şirkətlərindən "Petkim Petrokimya Holding A.Ş." və STAR neft emalı zavodunun rəhbərliyində dəyişiklik olub.

ABC.AZ-ın məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabr ayından etibarən "SOCAR Türkiyə" ilə yanaşı, şirkətin törəmə müəssisələri olan "Petkim" və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.

Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəq Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən səlahiyyətləri təhvil alan R. Abdullayev İdarə Heyətinin sədri seçilib. Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək.