15:35 - 21.12.2020
21 dekabr, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 dekabr tarixinədək ümumilikdə 552 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, AÇG-dən 522 milyon ton xam neft, “Şahdəniz”dən isə 30 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 dekabr tarixinədək 551,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 175,6 milyard kubmetr, “Şahdəniz”dən isə 133,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 dekabr tarixinədək 88,8 milyard kubmetr qaz ixraca nəql edilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026