Gələn ilin büdcəsində neftin qiyməti 40 dollar götürüldü

14:21 - 21.12.2020


21 dekabr, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub.

ABC.AZ-ın məlumatına görə, bu barədə 2021- ci ilin dövlət büdcəsinin fiskal risklər bölümündə qeyd olunub.

Sözügedən bölümdə o da vurğulanıb ki, 2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər.