10:29 - 15.12.2020
15 dekabr, Fineko/abc.az. Bundan sonra Naxçıvan fasiləsiz təbii qazla təmin olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunun üçün Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.
Bu məqsədlə bu gün hər iki ölkənin energetika naziri bir araya gələcək. Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri vasitəsilə təmin ediləcək.
Layihənin icrası BOTAŞ və SOCAR-a həvalə olunacaq.
18 Avqust 2026