Neft ucuzlaşır, Brent barel başına $49,91 təşkil edir

10:07 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. OPEC 2021-ci ildə neft tələbatının proqnozunu pisləşdirdikdən sonra neftin etalon markalarının qiymətləri çərşənbə axşamı günü azalır.

OPEC-in yenilənmiş proqnozunda 2021-ci ildə neftin dünya tələbatı 5,9 mln. b/s artacaq, bu, ötən proqnozdan 0,35 mln. b/s-ə bərabərdir. OPEC-in yeni proqnozuna görə, 2021-ci ildə neftə tələbat 96,89 mln. b/s təşkil edəcək.

Saat 9:37-də, London ICE Futures birjasında ticarətdə, Brent-in fevral fyuçersinin qiyməti barrel başına $0,38 (0,76%) azalaraq $49,91 təşkil edib. Dekabrın 14-də hərracların nəticələrinə görə, fevral ayına olan Brent fyuçers qiyməti $0,32 (0,64%), bir barelə $50,29 səviyyəsinə yüksəldi.

Saat 9:37-də WTI-nin yanvar ayına olan fyuçersi Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında $0,35 (0,74%) – bir barelə $46,64-a düşüb. Dekabrın 14-də hərracların nəticələrinə görə, WTI-nin yanvar ayına olan fyuçersi $0,42 (0,9%), bir barelə $46,99-a yüksəldi.