12:38 - 10.12.2020
10 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 2,8% artıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5% faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1% artıb.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5%, əvvəlki ilin noyabr ayına nisbətən 2,4% artıb.
Müəllif: Elmir Murad