11:12 - 8.12.2020
8 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 1004,8 min ton yanacaq idxal edib.
ABC.AZ-ın məlumatına görə, Gürcüstan xaricdən idxal etdiyi yanacağın 194 min tonunu Azərbaycandan alıb.
Sözügedən dövrdə Azərbaycan Gürcüstanın ümumi yanacaq idxalında 19,3 payla qonşu ölkənin Rusiyadan sonra ikincisi əsas yanacaq tədarükçüsü olub.
Hesabat dövründə Gürcüstan 493,7 min ton benzin, 511,1 min ton dizel tədarük edib. Benzin idxalı illik müqayisədə 1,6 faiz azalıb, dizel idxalı isə 4,2 faiz artıb.
12 Avqust 2026