10:58 - 8.12.2020
8 dekabr, Fineko/abc.az. Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koksun artıq Çinə ixracına başlanıb.
ABC.AZ xəbər verir ki, “ADY Express” MMC-nin açıqlamasında bildirilir.
Qeyd olunub ki, şirkət həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir. Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır. İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27000 ton koks-un daşınması nəzərdə tutulur. Artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026