09:58 - 7.12.2020
7 dekabr, Fineko/abc.az. Dünyada COVİD-19 yayılması hallarının davam etməsi fonunda bazar ertəsi neftin qiyməti aşağı düşür.
9:27-də London ICE Futures birjasında, Brent-in fevral neft fyuçersinin qiyməti bir barel üçün $0,25 (0,51%), $49,00-a qədər azalıb. Dekabrın 4-də hərracların nəticələrinə görə, fevral ayına olan Brent fyuçers qiyməti $0,54 (1,11%), bir barel üçün $49,25 səviyyəsinə yüksəldi.
9:27-də Nyu-York əmtəə birjasında (NYMEX) WTİ-nin yanvar ayına olan fyuçersi $0,23 (0,50%) – bir barel üçün $46,03 səviyyəsinə düşdü. Dekabrın 4-də ticarət nəticələrinə görə, ETİ-nin yanvar ayına olan fyuçersi $0,62 (1,36%), bir barel üçün $46,26 qədər yüksəldi.
Ötən həftə Brent markalı neftin qiyməti 2,1%, WTİ - 1,6% bahalaşıb.
13 Avqust 2026
13 Avqust 2026