12:56 - 19.02.2018
19 fevral, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət etdi.
Fondun məlumatında deyilir ki, AƏSF, fevralın 12-dən təminatsız kreditorların tələblərinin ödənişinə başlayıb.
“Tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir, - məlumatda belə deyilir.
Qeyd edilir ki, kreditorlar, “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 (bankın binası) və AƏSF-in, Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müraciət edə bilərlər.
27 İyul 2026