10:26 - 28.07.2026
28 iyul, Fineko/abc.az. ABŞ dollarının möhkəmlənməsi fonunda qızılın qiyməti çərşənbə axşamı ucuzlaşıb.
Bazar iştirakçılarının əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələri üzrə gözlənilən qərarına və pul-kredit siyasətinə dair verəcəyi siqnallara yönəlib.
Spot qızılın qiyməti 0,7% azalaraq bir unsiya üçün 4 044,81 dollara düşüb. Avqust fyuçersləri üzrə ABŞ qızıl müqavilələri də 0,8% dəyər itirərək 4 045,40 dollar səviyyəsində qərarlaşıb. Dolların son bir ayın maksimumuna yaxın səviyyədə qalması xarici valyuta sahibləri üçün qızılı daha bahalı edib. Analitiklər bildirirlər ki, qiymətlər hazırda 3 950 - 4 200 dollar aralığında tərəddüd edir.
"CME FedWatch" məlumatlarına görə, bazarlar FES-in faizləri sabit saxlaması ehtimalını 62% olaraq qiymətləndirir, ən azı 25 baz bəndi artırmaq gözləntisi isə keçən həftəki 16%-dən 38%-ə yüksəlib.
Eyni zamanda, bazar sentyabr iclasında faiz artımı ehtimalını 81% olaraq nəzərə alır.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026