On ayda kənd təsərrüfatında istehsalı ən çox artan bölmələr – Siyahı

12:11 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. Bu ilin 10 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manat təşkil edib.

Bunun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən  kənd təsərrüfatının istehsalı 1,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 0,2 faiz artım olub.

Müəllif: Elmir Murad