16:00 - 2.12.2020
2 dekabr, Fineko/abc.az. Gürcüstanda kommersiya məqsədilə istifadə olunan təbii qazın qiyməti daha 24 tetri artırılır. Lakin bu artım çörəkbişirmə müəssisələrinə və əhali qrupuna şamil edilməyəcək.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi Milli Komissiyasının sədri David Narmaniya deyib.
Onun sözlərinə görə, əhali qrupu üçün məişət qazının qiyməti 2021-ci və 2022-ci illərdə də artmayacaq. Bununla bağlı qərar qəbul edilib və həmin qərar növbəti illərdə də qüvvədə olacaq.
Qeyd edək ki, 2021-ci il yanvarın 3-dən Gürcüstanda kommersiya məqsədli təbii qazın qiyməti 24 tetri artırılaraq 1 lari 10 tetri olacaq.
14 Avqust 2026
14 Avqust 2026