11:06 - 2.12.2020
2 dekabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayını təqdim edib.
ABC.AZ-ın sözügedən saya istinadən xəbər verir ki, 2020-ci ilin on ayı ərzində Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Belə ki, bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 550,6 milyon, Türkiyəyə 285,5 milyon, İsveçrəyə 176 milyon, Gürcüstana 109,1 milyon və Çinə 34,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Müəllif: Elmir Murad