16:21 - 30.11.2020
30 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, 10 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb.
İtaliyaya ixrac 3 milyard 880,1 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 319,7 milyon dollar, Rusiyaya isə 565,5 milyon dollar dəyərində olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026